AZ

Redaksiyamızın çoxillik dostu Şahin Əhmədovu itirdik...

Image

Həyatda elə insanlar var ki, onların yoxluğu hər addımda hiss olunur, bizimlə çiyin-çiyinə olmadığı üçün təəssüf hissi keçirirsən. Belə qiymətli insanlardan biri də "Bakı-Xəbər" qəzetinin çox illik dostu, gözəl, səmimi insan, təəssübkeş vətəndaş bu yaxınlarda dünyasını dəyişən Şahin Teymur oğlu Əhmədovdur. 

Əhmədov Şahin Teymur oğlu 1954-cü il  fevralin 15-də Tovuz rayonun Qovlar qəsbəsində anadan olub. Orta məktəbdə öz bilik və bacarığı ilə fərqlənən Şahin Əhmədov sənədlərini Almas İldırım adına Politexnik İnstitutunun (indiki Texniki Universitet ) inşaat mühəndisi fakültəsinə verib və sözügedən fakültəni fərqlənmə diplomu ilə bitirib. Ali məktəbi  bitirdikden sonra Rusiyanın Murmansk şəhərində müxtəlif vəzifələrdə işləyib, mühəndislikdən sahə rəisi vəzifəsinə kimi yüksəlib. Qürbət nə qədər yaxşı olsa da, yenə də doğma vətənin yerini vermir və torpaq, yurd insanı özünə çəkir. Şahin  Əhmədov 1981-ci ildə doğma yurdumuza qayıdıb və  Gəncə Şəhər İcra Hakimiyyətində mühəndis, baş mühəndis vəzifələrində çalışıb. Sonrakı illərdə Ş.Əhmədov Tovuz rayon Təhsil və Səhyyə idarələrinin təmir-tikinti şöbəsinin rəisi olub.

Tovuz rayonun tanınmiş ziyallarından biri olan Ş.Əhmədov ölkəmizin çətin dövrlərində ictimai-siyasi fəaliyyətlə məşğul olub, vətəndaş mövqeyindən çıxış edib. Bir ziyalı, dəyərli ictimai-siyasi xadim kimi ictimai-siyasi həyata töhfələr verib. Ömrünün müdrik çağında, 70 yaşında həyatdan köçən redaksiyamızın yaxın və çoxillik  dostu Ş. Əhmədovun parlaq və unudulmaz xatirəsi əbədi olaraq qəlbimizdə yaşayacaq.

“Bakı-Xəbər” media qrupunun rəhbəri Aydın Quliyev və kollektivi Şahin Əhmədovun vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, ona Allahdan rəhmət diləyir.






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
1
baki-xeber.com

2Mənbələr