AZ

Pərviz Şahbazovla bağlı YENİ QƏRAR

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında sərəncam imzalayıb.Bolgə.TV sərəncamın mətnini təqdim edir:1. Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:Komissiyanın həmsədriAzərbaycan Respublikasının energetika naziri (Pərviz Şahbazov)Komissiyanın üzvləri:Azərbaycan Respublikası xarici işlər nazirinin müaviniAzərbaycan Respublikası iqtisadiyyat nazirinin müaviniAzərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müaviniAzərbaycan Respublikası mədəniyyət nazirinin müaviniAzərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müaviniAzərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müaviniAzərbaycan Respublikası elm və təhsil nazirinin müaviniAzərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müaviniAzərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müaviniAzərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentiƏlət azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədriAzərbaycan Respublikasının Albaniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri.2. Bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan Birgə Hökumətlərarası Komissiya Azərbaycan Respublikası ilə Albaniya Respublikası arasında iqtisadi əməkdaşlıq əlaqələrinin tənzimlənməsi və daha da genişləndirilməsi istiqamətində müvafiq tədbirləri həyata keçirsin.3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Albaniya Respublikası tərəfinə müvafiq bildiriş göndərsin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
13
bolgexeber.com

10Mənbələr