AZ

47 smartfonda WhatsApp-ın dəstəyi dayandırılıb

     Dünyanın ən məşhur messencerlərindən biri olan WhatsApp-ın Android cihazlarda çalışması üçün onların minimum Android 5.0 və ya ondan sonrakı Android versiyalarından biri, iPhone-larda çalışması üçün isə minimum iOS 12 və ya ondan sonrakı iOS verisyalarından biri lazımdır. Verilmiş məlumata əsasən ümumilikdə 47 ədəd smartfon WhatsApp-ın dəstəyindən məhrum olub. WhatsApp-ın dəstəyindən məhrum olmuş smartfonlar məhz köhnə Android və iOS versiyaları vasitəsilə çalışırlar.   Messencerin dəstəyini itirmiş smartfonların siyahısında Samsung, Huawei, Motorola, Sony, LG və Apple kimi brendlərin smartfonları yer alıblar. Siyahıda olan bəzi smartfonların 7 və daha çox yaşı var. Həmin smartfonların köhnə olduqlarına baxmayaraq onların sahibləri onlardan istifadə etməyə davam edirlər. Bununla belə WhatsApp onların dəstəklərini dayandırmağı və daha yeni əməliyyat sistemləri vasitəsilə çalışan cihazlara diqqət ayırmağı qərara alıb. Beləliklə WhatsApp-ın dəstəyindən məhrum olmuş smartfonların siyahısı aşağıdakı kimidir.Samsung:- Galaxy Ace Plus;- Galaxy Core;- Galaxy Express 2;- Galaxy Grand;- Galaxy Note 3 N9005 LTE;- Galaxy Note 3 Neo LTE+;- Galaxy S 19500;- Galaxy S3 Mini VE;- Galaxy S4 Active;- Galaxy S4 mini I9190;- Galaxy S4 mini I9192 Duos;- Galaxy S4 mini I9195 LTE;- Galaxy S4 Zoom.Apple:- iPhone 5;- iPhone 5C;- iPhone 6;- iPhone 6S Plus;- iPhone 6S;- iPhone SE.Huawei:- Ascend P6 S;- Ascend G525;- C199;- GX1s;- Y625.Lenovo:- 46600;- A820;- A858T;- P70;- S890.Sony:- Xperia Z1;- Xperia E3;- Xperia M.Motorola:- Moto G;- Moto X.LG:- Optimus 4X HD P880;- Optimus G;- Optimus G Pro;- Optimus L7.Digər brendlər:- Faea F1;- THL W8;- Archos 53 Platinum;- Wiko Cink Five;- Wiko Darknight;- ZTE V956;- ZTE UMi X2;- ZTE Grand S Flex;- ZTE Grand Memo. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
22
technote.az

10Mənbələr