AZ

CMF Watch Pro 2 smart saatının dizaynı qismən sərgilənib

     Nothing şirkətinin CMF subbrendi 8 iyul tarixində baş tutacaq təqdimat tədbirinə hazırlaşır. Qeyd etmək lazımdır ki, subbrendin 8 iyul tarixindəki tədbirində onun ilk smartfonu olacaq CMF Phone 1 ilə yanaşı yeni smart saatı da təqdim ediləcək. Söhbət, CMF Watch Pro 2-dən gedir. İndi isə subbrend sözügedən smart saatın dizaynını qismən sərgiləyib. Subbrend tərəfindən təqdim edilmiş fotoya əsasən keçən il təqdim edilmiş CMF Watch Pro-dan fərqli olaraq CMF Watch Pro 2 dairəvi formalı gövdəni əldə edib. Gövdənin sağ hissəsində isə idarəetmə düyməsi yerləşir. CMF Watch Pro 2-nin texniki özəllikləri barəsində məlumat yoxdur. Qeyd etmək lazımdır ki, 8 iyul tarixində subbrend CMF Phone 1 və CMF Watch Pro 2 ilə yanaşı üstəlik CMF Buds Pro 2 adlı yeni naqilsiz qulaqlığını da təqdim edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
technote.az

1Mənbələr