AZ

Zakir Həsənov Budapeştdə macarıstanlı həmkarı ilə görüşüb (FOTO)

Bakı. Trend:

Macarıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasınınmüdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 28-də buölkənin müdafiə naziri cənab Kristof Szalay-Bobrovnicski iləgörüşüb.

Müdafiə Nazirliyindən Trend-əverilən məlumata görə, əvvəlcə Budapeşt şəhərində yerləşən"Qəhrəmanlar meydanı" ziyarət edilib və ənənəyə uyğun olaraq əklilqoyulub.

Macarıstan Müdafiə Nazirliyinin binasında təşkil edilən rəsmiqarşılanma mərasimində müdafiə nazirləri fəxri qarovulun önündənkeçiblər. Hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövləthimnləri səsləndirildikdən sonra fəxri qonaq kitabı imzalanıb.

Görüşdə Azərbaycan ilə Macarıstan arasında ikitərəflimünasibətlərin uğurla inkişaf etdirildiyi qeyd edilib. Hərbi,hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələringenişləndirilməsi məqsədilə bu cür səfərlərin əhəmiyyətivurğulanıb. Birgə hərbi əməkdaşlığın inkişaf perspektivləri vəqarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə ətraflı fikirmübadiləsi aparılıb.

Sonda media nümayəndələri üçün mətbuat konfransı keçirilib.

Zakir
Zakir
Zakir
Zakir
Zakir
Zakir
Zakir
Zakir
Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
45
az.trend.az

10Mənbələr