AZ

Təklik bu xəstəliklərə səbəb olur - DİQQƏT

Tənhalıq ciddi xəstəliklərə səbəb olur. 

Yenisabah.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı açıqlamasında tənhalığın bədbəxtliyə səbəb olduğunu və ani ölüm riskini artırdığını təsdiqləyib. 

Belə ki, yalnızlıq psixiatrik xəstəliklər üçün risk faktoru hesab edilir. Depressiya və narahatlıq pozğunluğu kimi digər psixiatrik xəstəliklərin də inkişafına təkan verir. 

Bu gün hər dörd nəfərdən birinin tək yaşadığı bildirilmiş, tənhalığın sağlamlığa mənfi təsir göstərə biləcəyi vurğulanmışdı. Yalnızlıq mövcud tibbi xəstəliklərin gedişatına mənfi təsir göstərə bilər və xüsusilə 65 yaşdan yuxarı insanlarda bir çox xəstəliklərə səbəb ola bilər.  

Artan texnoloji sosiallaşma faktiki sosial qarşılıqlı əlaqəni azaldaraq psixi sağlamlığa mənfi təsir göstərir. Bu səbəbdən də daxilə çevrilməkdənsə, zahirə çevrilərək ictimailəşməyə çalışmağın vacib olduğu bildirilir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
4
seherxeber.org

5Mənbələr