AZ

Amil Yunanovu “Kəpəz” niyə aldatdı?

Günlərdi həllini tapmayan məsələlərdən biri də Amil Yunanovun “Kəpəz”dəki taleyidi.

Onunla mövsümün sonunda müqavilə bağlanması nəzərdə tutulsa da, hadisələr fərqli məcrada davam edir. “Səbail”dən icarə əsasında “Kəpəz”ə gələrək Gəncədə qalmaq istəyən Yunanov fərqli hadisələrlə üzləşib.

“Football-plus.az”ın əldə etdiyi məlumata görə, 31 yaşlı futbolçuya təklif olunan məbləğlə sonda deyilən ödəniş fərqli olub. Tərəflər danışıq masasına əyləşəndə Gəncə klubunun rəhbərliyi yalnız onların istədiyi şərtlər daxilində yeni müqavilə imzalayacağını bildirib. Belədə 31 yaşlı futbolçu “Səbail” variantını da əldən qaçırıb. Məsələ orasındadı ki, Yunanovu həvəsləndirərək yanına gətirən Adil Şükürov da bu söhbətdən yaxa çəkir. “Sarı-göylər” hücumçunun onlarla razılığa gəlməsini istəyir. Həmin mövqeyə uyğun oyunçu tapılmasa, klub məcbur Amillə “dil tapmalı” olacaq.

Qeyd edək ki, “Turan Tovuz”un yetirməsi daha əvvəl “Şamaxı”, “Sumqayıt”, “Keşlə”, “Qəbələ” , “Səbail” kimi klublarda çıxış edib.

RÖYANƏ OĞUZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
football-plus.az

1Mənbələr