AZ

Xiaomi-nin elektrikli krossoverinin necə görünə biləcəyi sərgilənib

     Son məlumat sızıntılarına əsasən Xiaomi şirkətinin növbəti elektromobili krossover olacaq. Bir neçə gün bundan öncə isə şirkətin elektrikli krossoveri Çinin avtomobil yollarında görüldü. Bir neçə gün bundan öncə ortaya çıxmış fotolarda şirkətin növbəti elektromobilinin gövdəsi xüsusi örtüyə sahib şəkildə əks olunmuş olsa da, onun ümumi gövdə formasını qiymətləndirmək olardı. İndi isə dizaynerlər həmin fotolar əsasında Xiaomi-nin elektrikli krossoverinin necə görünə biləcəyini göstəriblər.     Dizaynerlər tərəfindən hazırlanmış render fotolarda smartfon hər tərəfdən əks olunub. Məlumata əsasən Xiaomi-nin elektrikli krossoveri şirkətin artıq satışda olan ilk elektromobili SU7-nin sahib olduğu platforma əsasında qurulacaq. Bununla yanaşı məlumatda qeyd edilib ki, krossover nisbətən daha sürətli olacaq. Xiaomi-nin növbəti elektromobili olacaq krossoverin kütləvi istehsalına 2025-ci ilin sonunda start veriləcəyi gözlənilir. Bəzi məlumatlara əsasən Xiaomi üstəlik Kunlun kod adına sahib daha büdcəli elektromobil üzərində də çalışır. Gözləntilərə əsasən şirkətin büdcəli elektromobili 20 000$-a satılacaq.{{carousel}}

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
technote.az

1Mənbələr