AZ

ASUS VivoWatch 6 smart saatı təqdim edilib - QİYMƏTİ

     ASUS şirkəti heç gözlənilmədən öz yeni smart saatını təqdim edib. Söhbət, ASUS VivoWatch 6-dan gedir. Beləliklə ASUS VivoWatch 6 smart saatı 35 mm gövdə ölçüsünə sahibdir və 1.39 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekran Corning şirkətinin qoruyucu şüşəsi ilə əhatə olunub və onun maksimal parlaqlıq səviyyəsi 350 nit təşkil edir. ASUS VivoWatch 6-nın əldə etmiş olduğu əsas özəlliklərdən biri də bədən tərkibinin analizi funksiyasıdır. Yəni sözügedən smart saat istifadəçi orqanizmində yağ, əzələ və s. miqdarını ölçə bilir. Digər smart saatlar kimi ASUS VivoWatch 6 da ürək döyüntüləri tezlikləri ilə qan təzyiqini ölçə bilir və üstəlik yuxu keyfiyyətini monitorinq edir. Sözügedən smart saat GPS dəstəyinə sahibdir. ASUS VivoWatch 6 bir dəfə şarj olunandan sonra 14 gün ərzində çalışa bilir. Smart saat artıq satışa çıxıb və onun qiyməti 139$ təşkil edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
technote.az

1Mənbələr