AZ

Redmi K70 Ultra smartfonu barəsində ilk rəsmi məlumat təqdim edilib

     Artıq müəyyən müddət ərzində ortaya çıxan məlumatlara əsasən Xiaomi-nin Redmi brendi yaxın zamanda Redmi K70 Ultra smartfonunu təqdim etməlidir. İndi isə bu smartfon barəsində ilk rəsmi məlumatlar ortaya çıxmağa başlayıblar. Belə ki, Redmi brendi Redmi K70 Ultra ilə bağlı ilk tizer posterini bölüşüb. Təqdim edilmiş tizer posterə əsasən Redmi K70 Ultra smartfonu IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahib olacaq. Smartfon barəsində rəsmi məlumatların təqdim olunmalarına start verilməsi onun təqdimatının yaxınlaşmasından xəbər verir. Gözləntilərə əsasən Redmi K70 Ultra smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli OLED ekranı əldə edəcək və MediaTek Dimensity 9300+ prosessoru vasitəsilə çalışacaq. Bundan əlavə olaraq smartfon özündə 120 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareyanı birləşdirə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
technote.az

1Mənbələr