AZ

Samsung Galaxy S25 Ultra-nın dizaynında iti kənar hissələr olmayacaq

    Son məlumatlara əsasən Samsung şirkəti gələn ilin əvvəlində təqdim edəcəyi Galaxy S25 Ultra smartfonunda bəzi dizayn dəyişikliklərini planlaşdırır. Gözləntilərə əsasən Galaxy S25 Ultra-nın gövdəsi daha dairəvi kənar hissələri əldə edəcək. Bu isə daha öncəki Galaxy S Ultra modellərindəki daha iti kənar hissələrə sahib düzbucaq dizaynından kənara çəkilmək cəhdi olacaq. Galaxy S25 Ultra-da dizayn dəyişikliyini həmçinin Ice Universe ləqəbli məşhur insayder də təsdiqləyib.     Onun sözlərinə əsasən gələn ilki Galaxy S25 smartfon seriyasının Ultra modeli daha dairəvi formalı kənar hissələri əldə edəcək. Məlumata əsasən bu, smartfondan istifadə rahatlığının təmin olunmasına istiqamətlənmiş bir qərardır. Yeni smartfonda dizayn dəyişikliyi həmçinin hal-hazırda aktual olan Galaxy S Ultra modellərinin uzun müddət ərzində keyssiz istifadələri zamanı yaşanan diskomfortu da aradan qaldırmalıdır. Bundan əlavə olaraq məlumata əsasən Galaxy S25 Ultra 200 MP-lik əsas arxa kameranı əldə edəcək və onu 50 MP-lik ultra geniş bucaqlı kamera, 50 MP-lik telekamera və 50 MP-lik super telekamera tamamlayacaq. Smartfonun bütün regionlarda Snapdragon 8 Gen 4 prosessorunu əldə edəcəyi gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
technote.az

1Mənbələr