AZ

OPPO Reno 12F 5G smartfonu təqdim edilib - QİYMƏTİ

     OPPO şirkəti özünün Reno 12 smartfon seriyasının yeni modelini təqdim edib. Söhbət, OPPO Reno 12F 5G-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə OPPO Reno 12F 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 2100 nit təşkil edir. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib və ekranın özü AGC DT-Star 2 adlı qoruyucu örtüyə sahibdir.     Smartfonun gövdəsi də üstəlik IP54 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Smartfon MediaTek Dimensity 6300 prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda OPPO Reno 12F 5G 50 MP + 8 MP + 2 MP üçlü arxa kameraya və 32 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə smartfon 45 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı əldə edib. OPPO Reno 12F 5G qutudan Android 14 vasitəsilə çalışır. O artıq satışa çıxıb və onun qiyməti 325$ təşkil edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
technote.az

1Mənbələr