AZ

Vivo Pad 3 subflaqman planşeti təqdim edilib - QİYMƏTİ

     Vivo şirkəti Çində vivo Pad 3 adlı yeni subflaqman planşetini təqdim edib. Bu planşet böyük ölçülü ekranı, Qualcomm-un yeni prosessoru və böyük həcmli batareyası ilə seçilir. Beləliklə vivo Pad 3 planşeti 144 Hz-lik təsvir yenilənməsinə sahib 2.8K keyfiyyətli 12.05 düym ölçülü LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edir. Planşet Snapdragon 8s Gen 3 prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 128/256/512 GB daxili yaddaş həcmini əldə edib.     Kameralar mövzusunda vivo Pad 3 planşeti 8 MP-lik arxa kameraya və 5 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə planşet özündə 44 vatt gücündə sürətli şarj texnologiyalı 10 000 mAh enerji tutumlu batareyanı birləşdirir. Planşet üstəlik Wi-Fi 6 və Bluetooth 5.4 texnologiyalarının dəstəklərinə sahibdir. Vivo Pad 3 qutudan Android 14 vasitəsilə çalışır. Planşet artıq Çində satışa çıxıb. Onun digər regionlarda satılıb-satılmayacağı bilinmir. Planşetin Çindəki satış qiymətləri isə aşağıdakı kimidir:- 8 GB RAM + 128 GB yaddaş - 345$- 8 GB RAM + 256 GB yaddaş - 385$- 12 GB RAM + 256 GB yaddaş - 425$- 12 GB RAM + 512 GB yaddaş - 465$. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
technote.az

1Mənbələr