AZ

Neymar “Qızıl top” mükafatına öz namizədlərini açıqladı

Braziliya millisinin və “Əl-Hilal”ın ulduz hücumçusu Neymar 2024-cü il “Qızıl top” mükafatına öz namizədlərini açıqlayıb.

Arena.az bu barədə “RMC Sport” dərgisinə istinadən məlumat verir.

Neymar braziliyalılara xas yerlibazlıqla, amma ədalət naminə qeyd edək ki, həqiqəti böyük ölçüdə əks edirən mövqedən öz həmyerliləri, “Real”ın müvafiq olaraq sol və sağ vingerləri – Vinisius Junior və Roriqo Qoesi 2024-cü il “Qızıl top” mükafatına əsas namizədlər siyahısında görür.

Həmçinin “Ney” “Real”ın və İngiltərə yığmasının mərkəz yarımmüdafiəçisi Cud Bellingemi cari ilin “Qızıl top” mükafatına namizədləri arasında qəbul edir. Neymar tezliklə rəsmən “Real”ın oyunçusu olacaq, Fransa yığmasının ulduzu, mərkəz hücumçusu Kilian Mbappeni də öz seçiminə daxil edib.

Braziliyalı ulduz öz namizədlərini isə belə sıralayıb:

“Vinisius Junior birincidir, Rodriqo və Bellingem ikinci yeri bölüşürlər. Mbappeni üçüncü yerə qoyacağam”, deyə “Ney” bildirib.

Xatırladaq ki, 2024-cü ilin ən yaxşı futbolçusunun “Qızıl top”la mükafatlandırma mərasimi oktyabrın 28-də Parisdə keçiriləcək. Sentyabrın 4-də isə “Qızıl top”a namizədlərin adları açıqlanacaq.

Ötən mövsüm “Real”ın futbolçuları Vinisius Junior, Rodriqo Qoes və Cud Bellingem İspaniya La Liqasının və İspaniya Super Kubokunun qalibi olub, həmçinin Çempionlar Liqasını qazanıblar. Xüsusilə braziliya vingerlər çox sabit və məhsuldar oyunla diqqət çəkiblər. Üstəlik, Vinisius mövsümün bir hissəni zədə səbiblə buraxmalı olsa da, möhtəşəm geri-dönüşlə diqqət çəkib.

Ötən mövsüm PSJ-də çıxış etmiş hücumçu Kilian Mbappe isə Fransa Liqa 1-in və Fransa Kubokunun qalibi olub.

Hazırda Vinisius və Rodriqo Amerika Birləşmiş Ştatlarında keçirilən 2024-cü il Amerika Kubokunda iştirak ediblər. Bellingem və Mbappe isə Almaniyada keçirilən 2024-cü il Avropa çempionatında mübarizə aparırlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
arena.az

1Mənbələr