AZ

“Onu tanımıram və...” – Ramin Musayev “Neftçi”nin yeni icraçı direktoru barədə belə dedi

Uğursuz mövsüm geridə qoyan “Neftçi” baş məşqçi postunu Roman Qriqorçuka həvalə etdi.

Ölkəmizə heç də yad olmayan, “Qəbələ”də çalışdığı dönəmdə azarkeşlərin sevgisini qazanan ukraynalının Azərbaycana dönüşü xoş qarşılandı. Çünki ukraynalı mütəxəssisin “Qəbələ”də çalışdığı 3,5 illik fəaliyyət dövrünü uğurlu hesab etmək olar. Belə ki, onun başçılığı altında klub bürünc və gümüş medallara yiyələnib, ölkə kubokunun finalçısı olub, eləcə də ardıcıl iki dəfə Avropa Liqasının qrupuna düşməyi bacarıb. Bu təyinatın hazırda dərin böhran yaşayan “ağ-qaralar” üçün xeyirli olacağına ümid böyükdü. Bəs görəsən, “Neftçi”nin sabiq vitse-prezidenti olmuş Ramin Musayevin azarkeşi olduğu klubun yeni baş məşqçi təyinatına münasibəti necədi? Onun “Football-plus.az”a söylədikləri:
“Qəbələ”də olan şərait yaradılarsa, yəni sərbəstlik verilərsə, Qriqorçukun təyinatını uğurlu saymaq olar. Hesab edirəm ki, onun ölkə futboluna da böyük köməyi dəyəcək. Çünki Roman yerli futbolçulara dəyər verir. Bu baş məşqçi seçimini kim edibsə, çox ağıllı addım atıb. Yaxşı olacağına inanıram”.


Fürsət düşmüşkən, sabiq AFFA rəsmisindən klubun ictimaiyyətə təqdim etdiyi yeni icraçı direktoru Cenk Sümerin təyinatıyla bağlı da fikirlərini öyrəndik:
“Onu tanımıram və haqqında heç nə deyə bilmərəm”.

KAMAL SƏFƏR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
football-plus.az

1Mənbələr