AZ

Azərbaycanın mövcud strategiyası ölkəmizi qlobal informasiya mühitinin bir parçasına çevirib

Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları cəmiyyətimizin bir parçasına çevrilib. Bu gün demək olar ki, bu sahə dövlət strukturları və vətəndaş cəmiyyəti institutları, iqtisadi və sosial sektorlar, elm və təhsil, mədəniyyət və bütövlükdə insanların həyat tərzini əhatə edib. Artıq mövcud  texnologiyalar ölkəmizi qlobal informasiya mühitinin bir parçasına çevirib. İnformasiya və kommunikasiya texnologiyalarından kütləvi istifadə edilməsi sosial və iqtisadi fəaliyyətin yeni formalarını yaradıb. Bu mənada sözügedən sahənin inkişaf etdirilməsi dövlətimizin əsas prioritet sahələrindən birinə çevrilib. Nəticələr də göz qabağındadır. İnformasiya bütün sahələrdə əmtəəyə çevrilməkdədir. Elə ona görədir ki, iqtisadiyyatımızın bütün sektorlarında informasiya və bilik bazarı formalaşıb. Bu, digər sahələrdə də belədir.

Təhsil sisteminin təkmilləşməsində də informasiya və kommunikasiya texnologiyalarının tətbiqi davamlı və ardıcıl şəkildə həyata keçirilir. Məsələn, beynəlxalq, milli və regional səviyyədə informasiya mübadiləsi sistemlərinin imkanlarının genişlənməsi hesabına peşə və ümumi mədəniyyət səviyyəsi artır. Sevindirici haldır ki, Azərbaycanın bir çox elm və təhsil müəssisələrini birləşdirən telekommunikasiya şəbəkəsi yaradılıb.

Demokratik inkişafın vacib şərti kimi medianın inkişafında da bu sahənin tətbiqi uğurla həyata keçir. Artıq mübaliğəsiz demək olar ki, vətəndaşların və sosial institutların məlumat almaq, onu yaymaq və istifadə etmək kimi hüquqları bu texnologiyalar vasitəsilə təmin edilir və ya bu sahətə əlverişli mühiti formalaşdırır. Azərbaycan dövləti çox yaxşı dərk edir ki, hər bir ölkənin intellektual və elmi potensialının artırılması üçün ən müasir texnologiyalar tətbiq edilməlidir. Bu, təkcə özünü kommunikativ sistemin qurulması deyil, eləcə də dünyada baş verən elmi tərəqqinin, kəşf və yeniliklərin vahid məlumat bazasında hazırlanmasınə özündə ehtiva etməlidir.

Dövlət idarəçiliyində də bu sistem öz bəhrəsini verir. Kommunikativ sistemdə son texnologiyalar şəffaflığı artırır, demokratik dəyərlərin oturuşmasını təmin edir. Artıq dünya dövlətləri informasiya və kommunikasiya texnologiyalarından səmərəli istifadə etməklə bütün sahələrdə inkişaf tempini artırır, qlobal iqtisadi sistemdə rolunu, əhəmiyyətini dəyərləndirir. Məlum olduğu kimi, dünya bazarında elektron ticarət artıq ən yeni mərhələsini yaşayır. İnkişaf etmiş ölkələr bu bazarın mövcud olmasından faydalarınır. Dünya təcrübəsi göstərir ki, məhz bu texnologiyalar sayəsində əhalinin sosial-iqtisadi vəziyyəti yaxşılaşır, mövcud problemlər asan yolla həll olunur, yoxsulluğun azaldılması üçün mühüm istiqamətlər yaradır.

Bunu yaxşı dərk edən Azərbaycan hökuməti bu sahədə bütün texnoloji imkanları artırmaq məqsədilə texniki və maliyyə dəstəyini əsirgəmir.

Hətta islahatlar çərçivəsində informasiya cəmiyyətinin hüquqi-normativ bazası yaradılıb. Doğrudur, informasiya və kommunikasiya texnologiyalarından istifadə ilə əlaqədar yaranan münasibətləri tənzimləyən hüquqi-normativ bazanın tam işlənilməyib. Artıq mövcud dövlət proqramında bu məsələlər öz əksini tapıb.

Təqdirəlayq haldır ki, ali və orta ixtisas məktəblərinə tələbə qəbulu prosesində yeni texnologiyalar geniş şəkildə tətbiq edilir. İndi on-line rejimdə iş prosesləri yaradılır, bu sahədə informasiya resursları formalaşdırıldırılır. Göründüyü kimi, təhsilin bütün səviyyələrində informasiya və kommunikasiya texnologiyaları tətbiq edilməlidir. Eləcə də əhaliyə İnternet vasitəsilə geniş informasiya xidmətləri göstərilir.

Azərbaycanın bank sistemində real vaxt rejimində banklararası milli elektron ödəniş sistemi və kiçik ödənişlər üçün avtomatlaşdırılmış klirinq sistemi layihələri həyata keçirilib. Bu uğurları sadalamaqla bitməz.

Ölkədə informasiya texnologiyalarının inkişafı məqsədilə əhalinin savadlılıq və təhsil səviyyəsi daha da artırılmalıdır. Artıq müvafiq dövlət strukturu vasiutəsilə ən ucqar dağ kəndlərinə belə sürətli fiber-optik internet xətləri çəkilir. Bəllidir ki, respublikamızda iqtisadi fəaliyyət və investisiyaların qoyuluşu üçün əlverişli şərait mövcuddur. Odur ki, bu şəraitdən istifadə edərək xarici investorların informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sahəsinə marağını getdikcə artırmalıyıq.

44 günlük vətən müharibəsindən sonra ölkə ərazisindən beynəlxalq nəqliyyat magistrallarının və rabitə kanallarının keçməsi daha da aktuallaşıb. Respublika ərazisi praktiki olaraq bütünlüklə əhatə edən mobil telefon şəbəkəsi formalaşıb. Ən ümhüm məqam ondan ibarətdir ki, informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi Azərbaycanın beynəlxalq aləmə inteqrasiya olunmasına xidmət edir. Beləliklə, ən incə məaələ kimi cəmiyyətdə insan amili inkişaf etdirilir, vətəndaşların keyfiyyətli təhsil, tibbi xidmət və sosial təminatlar alması üçün əlverişli şərait yaradılır.

Xalqımızın tarixi, ədəbi və mədəni irsinin qorunub saxlanması və onun geniş təbliği baxımından bu sahənin strateji önəmi var. Ona görə də həmin sahələrdə milli proqram vasitələrinin yaradılması prosesi davamlı olmalıdır.

Bu uğurları şərtləndirən əsas amil isə dövlətin aparıcı rol oynamasıdır. Bu, elə bir inkişafı özündə əks etdirir ki, hər bir vətəndaşın həyatında, hüquq və azadlıqlarının müdafiəsində özünü göstərir. Əsas məsələ isə əlbəttə maarifləndirmədir. Medianın üzərinə bu məqsədlə çox iş düşür. İctimaiyyətin dəstəyini almaq, ən müasir texnologiyaların tətbiqinin asanlaşdırılması üçün bunlara dair bilik və məlumatlar geniş şəkildə əhaliyə çatdırılmalıdır.

Bu işdə tələcmək də olmaz. Dövlətin strateji kursinda bu məsələyə xüsusi diqqət yetirilir: “Mərhələlilik – informasiyalaşdırma ilə bağlı fəaliyyət mərhələlər üzrə həyata keçirilir”. Bu sahənin inkişafı nəticəsində bütün sahələrdə informasiya cəmiyyətinə keçid üçün ölkədə əlverişli mühit formalaşmaqdadır.

Biz elə bir informasiya texnologiyaları epoxasını yaşayırıq ki, dövlətlə cəmiyyət arasındakı qarşılıqlı münasibətlərin necə inkişaf etidiynin şahidinə çevrilirik. Hakimiyyətlə vətəndaş arasında uçurumun bundan sonra da yaranmaması üçün bu texnologiyaların uğurlu tətbiqi dönməz yolumuza çevrilib.

Natiq Səlim,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusuna uyğun olaraq dərc edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
konkret.az

1Mənbələr