AZ

Müşfiq Ələsgərli: Azərbaycan regionda kriminogen baxımdan ən sabit ölkədir

Azərbaycan yerləşdiyi regionda və ətrafdakı dövlətlərlə müqayisə edildikdə kriminogen baxımdan ən sabit ölkədir.

Aznews.az xəbər verir ki, bunu açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli bildirib.

Müşfiq Ələsgərli deyib ki, bu sabitlik və təhlükəsizlik, bir tərəfdən, ölkənin siyasi rəhbərliyinin iradəsinə bağlıdırsa, digər tərəfdən, bu siyasəti icra edən təhlükəsizlik qurumlarının, o cümlədən polisin fəaliyyəti və peşəkarlığı ilə bağlıdır: “Təkcə bu faktora əsaslanaraq demək olar ki, Azərbaycan polisi kifayət qədər peşəkar fəaliyyətə malikdir və ölkənin sabit saxlanılmasında, təhlükəsizliyin təmin olunmasında yüksək şəkildə fəaliyyət göstərə bilir. Belə bir peşəkarlığı şübhəyə almaq, hansısa fərqli istiqamətlərlə neqativləri qabartmaq cəhdləri, əlbəttə, iflasa uğramış olur”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
aznews.az

1Mənbələr