AZ

Ermənistanda istefa anonsu – Paşinyan hökuməti…

“Ermənistanın baş naziri Nikol Paşinyan hökuməti Azərbaycan prezidentinin bütün tələblərini təmin etməyə hazırdır. Bu da  beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyanın istefasına gətirib çıxara bilər”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Vətən naminə” hərəkatının “Telegram” kanalında yayılan mesajında deyilir.

Hərəkatın verdiyi informasiyaya əsasən Kirakosyan bu günlərdə istefaya gedə bilər.

“Diplomatik dairələrdəki mənbələrimiz bildirir ki, Azərbaycanın hazırladığı sülh sazişinin 10-cu paketində Ermənistandan müxtəlif beynəlxalq qurumlarda Azərbaycana qarşı bütün iddialarından əl çəkməklə bağlı tələbləri yer alıb”,-deyə məlumatda qeyd edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
1
kaim.az

2Mənbələr