AZ

Çexiya və Ukrayna arasında ikitərəfli təhlükəsizlik sazişi imzalanacaq

Çexiya iyulun 18-də Ukrayna ilə ikitərəfli təhlükəsizlik sazişi imzalayacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə Çexiyanın baş naziri Petr Fiala "X" sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, iyunun 27-də Ukrayna prezidenti Vladimir Zelenski ilə tərəflər Vaşinqtonda keçiriləcək NATO sammitinə qədər Çexiya-Ukrayna sazişinin mətni üzrə danışıqları başa çatdırmaq barədə razılığa gəliblər.

“Biz iyulun 18-də Londonda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində bunu imzalayacağıq”, - o deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
operativmedia.az

1Mənbələr