AZ

Ahmet Duman Avstriya – Türkiyə oyununda güclünü açıqlayıb

Bakı. Trend:

Türkiyə millisi Avropada çox güclü komandalardan biridir.

Trend xəbər verir ki, bunuİdman.biz-əTürkiyə millisinin sərbəst güləş üzrə üzvü Ahmet Duman (61 kq)deyib.

O, “ay-ulduzlular”ın AVRO-2024-dəki çıxışını dəyərləndirib.Dumanın sözlərinə görə, Türkiyənin qrupda son görüşdə Çexiyanı 2:1hesabı ilə məğlub edərək 1/8 finala yüksəlməsi potensialından xəbərverir: “Futbolçularımız və idmançılarımız hər zaman bayrağımızuğrunda mübarizə aparır. Hər bir komandamıza daim güvənməliyik.Həmçinin yığmadakı oyunçularımız öz potensialına inanaraq, çıxışetməlidirlər. Əminəm ki, son damla qanımıza qədər Avropaçempionatındakı mübarizəmizi davam etdirəcəyik”.

O bildirib ki, gərginliyi ilə yadda qalan matçı Paris-2024 YayOlimpiya Oyunlarında Türkiyəni təmsil edəcək milli güləşçilərləbirlikdə izləyiblər: “Sizləri inandırım ki, oyunun final fitinəkimi tüklərimiz biz-biz oldu. Biz hazırlıq məqsədi iləKastomonudaydıq. Qələbə münasibəti ilə bütün şəhərdəki insanlar yamaşınla, ya da piyada bayraqlarla birlikdə meydanda yürüşedirdilər. Bu qələbə həqiqətən millət olaraq bizi çox sevindirdi vəqürurlandırdı”.

Duman vurğulayıb ki, “ay-ulduzlular”ın 1/8 finalda rəqibi güclüolsa da, komandasına inanır: “Avstriya güclü yığmalardan biridir.Hətta bir çoxları onları çempion hesab edir. Amma millimizəgüvənirəm. Düşünürəm ki, bu matçda 2:1 hesabla qalibgələcəyik”.

Qeyd edək ki, Avstriya – Türkiyə oyunu iyulun 2-dəkeçiriləcək.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
az.trend.az

1Mənbələr