AZ

Dünyanın ən uzun batırılmış boru tuneli, Almaniya və Danimarkanı birləşdirəcək!

     Tamamlandıqdan sonra tunel Danimarkadakı Rødbyhavn ilə Almaniyanın Fehmarn şəhərini birləşdirəcək və Skandinaviya ilə Avropanın qalan hissəsi arasındakı ən qısa marşrut olacaq. Beləliklə, 45 dəqiqəlik bərə gəzintisi əvəzinə Fehmarn boğazını qatarla 7 dəqiqəyə, avtomobillə isə 10 dəqiqəyə keçmək mümkün olacaq.     Tunelin tikintisi üçün 360 min ton dəmir istifadə ediləcək. Bu miqdar Eyfel qülləsində istifadə edilən dəmirin 50 qatına bərabərdir. Dənizin dibində 18 km uzunluğunda batırılmış boru tunellərinin yerləşdirilməsi üçün təxminən 70 gəmi dənizin dibini qazıb yastılayıb və 12 milyon kubmetr torpaq çıxarılıb.      Suya batırılmış tunel, 79 standart və 10 xüsusi hissədən ibarətdir. Standart bölmələrin hər birinin uzunluğu təxminən 217 m, eni 42 m, hündürlüyü 10 m və çəkisi 73 min tondur. Tunel hissələri quruda tikildikdən sonra barjadan istifadə etməklə yerinə üzdürülür, sonra nəhayət suya batırılır və 40 m-ə qədər dərinlikdə dəniz dibinə yerləşdirildikdən sonra üzəri örtülür. 7 milyard avroya başa gələn tunelin 2029-cu ildə tamamlanacağı və 120 il işləyəcəyi gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
technote.az

1Mənbələr