AZ

Azərbaycan və Albaniya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın tərkibi təsdiqlənib

Azərbaycan
Azərbaycan Hökuməti ilə Albaniya Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi təsdiq edilib. 1news.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla Komissiyanın Azərbaycan tərəfindən tərkibi aşağıdakı kimi müəyyənləşib: Komissiyanın həmsədri Azərbaycan Respublikasının energetika naziri Komissiyanın üzvləri: Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Azərbaycan Respublikasının Albaniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri. Sərəncamda qeyd olunub ki, Birgə Hökumətlərarası Komissiya Azərbaycan Respublikası ilə Albaniya Respublikası arasında iqtisadi əməkdaşlıq əlaqələrinin tənzimlənməsi və daha da genişləndirilməsi istiqamətində müvafiq tədbirləri həyata keçirəcək.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Albaniya Respublikası tərəfinə müvafiq bildiriş göndərəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
16
1news.az

10Mənbələr