Bakı. Trend:
Azərbaycan Hökuməti ilə Albaniya Nazirlər Şurası arasındaiqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası KomissiyanınAzərbaycan Respublikası tərəfindən tərkibi təsdiq edilib.
Trend xəbər verir ki,Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla Komissiyanın Azərbaycan tərəfindən tərkibi aşağıdakıkimi müəyyənləşib:
Komissiyanın həmsədri
Azərbaycan Respublikasının energetika naziri
Komissiyanın üzvləri:
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirininmüavini
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirininmüavini
Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrininmüavini
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrininmüavini
Azərbaycan Respublikası Dövlət Neft Şirkətininvitse-prezidenti
Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarəHeyətinin sədri
Azərbaycan Respublikasının Albaniya Respublikasında fövqəladə vəsəlahiyyətli səfiri.
Bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan BirgəHökumətlərarası Komissiya Azərbaycan Respublikası ilə AlbaniyaRespublikası arasında iqtisadi əməkdaşlıq əlaqələrinintənzimlənməsi və daha da genişləndirilməsi istiqamətində müvafiqtədbirləri həyata keçirəcək.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın1-ci hissəsində nəzərdə tutulan Birgə Hökumətlərarası KomissiyanınAzərbaycan Respublikası tərəfindən tərkibi barədə AlbaniyaRespublikası tərəfinə müvafiq bildiriş göndərəcək.