AZ

Ermənistanın hərbiləşmə siyasəti bölgədə sülh və sabitliyə xidmət etmir - XİN

Bakı. Trend:

28 iyun 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramovölkəmizdə səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiyaməsələləri üzrə köməkçisi Ceyms O’Brayn ilə görüşüb.

XİN-dən Trend-ə verilən məlumata görə, görüş zamanı iki ölkəarasında ikitərəfli və çoxtərəfli gündəlikdə duran məsələlər,habelə Azərbaycan və Ermənistan arasında ikitərəfli əsasdanormallaşma prosesinin cari vəziyyəti və perspektivləri, eləcə dəregional məsələlər müzakirə olunub.

Azərbaycanla ABŞ arasında bir sıra istiqamətlərdə tarixiəlaqələr və qarşılıqlı maraqlar çərçivəsində ikitərəflimünasibətlərin inkişaf etdirilməsinin əhəmiyyəti görüşdə qeydolunub.

Nazir Ceyhun Bayramov post-münaqişə dövründə bölgədə vəziyyət,Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılandanışıqlar barədə qarşı tərəfə məlumat verib. AzərbaycanınErmənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimibölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəfolduğu xatırlanıb.

Layihə üzrə əhəmiyyətli irəliləyişə baxmayaraq, ErmənistanınKonstitusiyasında və qanunvericilik aktlarında, ölkəmizin ərazibürövlüyü və suverenliyinə qarşı davam edən iddialardan əlçəkməyin, Konstitusiyaya dəyişik edilməsinin vacibliyivurğulanıb.

Bununla yanaşı, Ermənistanın hərbiləşmə siyasətinin bölgədə sülhvə sabitliyə xidmət etmədiyi bildirilib.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli vəregional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
45
az.trend.az

10Mənbələr