AZ

Axtarışda olan 2 nəfər tutuldu

Yalova və İstanbulda insan alveri və narkotik ticarəti ilə bağlı həbs cəzası almış iki şübhəli tutulub.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Yalova polis qrupları cinayət törətməkdə şübhəli bilinən şəxslərlə bağlı əməliyyat keçirib.
 
\"Türkiyə vətəndaşının və ya əcnəbinin xaricə getməsinə şərait yaratmaq” ittihamı ilə 10 il həbs cəzasına məhkum edilən H.K. adlı şəxs İstanbulda saxlanılıb.
 

Keçilirən digər əməliyyatda isə \"Narkotik vasitələrinin istehsalı və qanunsuz dövriyyəsi\" cinayətlərindən 25 il müddətinə azadlıqdan məhrum edilən Y.K. adlı şəxs saxlanılıb.

Yaxalanan H.K. və Y.K. Ədliyyə orqanlarının göstərişinə uyğun olaraq polis qrupları tərəfindən cəzaçəkmə müəssisələrinə təhvil verilib.
 
Oksana

 

Seçilən
19
azxeber.com

1Mənbələr