AZ

Aslan Kərimov Roman Qriqorçukun “Neftçi”ni çempion edə biləcəyinə inanmır

"Neftçi" rəhbərliyi Roman Qriqorçukun iş prinsipini nəzərə alıb onu komandanın "sükanı arxasına" gətiribsə, deməli,  külli miqdarda vəsait xərcləməyi göz önünə alıb. Ukraynalı mütəxəssisin əsas tələbi maddi cəhətdən problemin olmaması və istədiyi oyunçuları komandaya cəlb edilməsidi. Fikrimcə, bu cür şəraiti istənilən yerli məşqçiyə yaratsalar, o da bunu bacarar". Bu sözləri Sport24.az-a açıqlamasında Aslan Kərimov deyib.
Veteran futbolçunun fikrincə, ukraynalı mütəxəssis "Neftçi"də uğur qazana bilməyəcək: "Qriqorçukun dəvət olunması "ağ-qaralar"ın uğur qazanmasına hesablanıb. Maraqlıdı, rəhbərlik uğur dedikdə nəyi nəzərdə tutur? Onun qarşısına çempionluq hədəfi qoyulubsa, yeni mövsümdə bu mümkün deyil. "Qarabağ" olan yerdə çempionluqdan söhbət gedə bilməz. Yox, əgər uğuru ilk "3-lüy"ə düşməkdə və avrokuboklara vəsiqə qazanmaqda görürlərsə, ukraynalı bunu bacaracaq. İstənilən halda Qriqorçukun oyun fəlsəfəsini "Neftçi"yə aşılamasına, ağdamlılara rəqib olmasına vaxt lazımdı. Bunun üçün də gərək o, komandada uzun müddət qalsın və rəhbərlik onun bütün istəklərini yerinə yetirsin".
 
Qeyd edək ki, mövsümlərarası fasilədə Miodraq Bojoviçlə yolları ayıran paytaxt klubu bir neçə gün öncə baş məşqçi postuna Roman Qriqarçuku dəvət edib.ABDULLA İSMAYILOĞLU

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
sport24.az

1Mənbələr