AZ

Kapital Bank-ın manat istiqrazlarının 2-ci tranşının yerləşdirilməsi yekunlaşdı

Xəbər verdiyimiz kimi Kapital Bank-ın 100 000 000 (yüz milyon) manat həcmində olan istiqraz emissiyasının 50000000 (əlli milyon) manat həcmində 2-ci tranşı premium bazar seqmentində listinqə daxil edilmişdi.

27 iyun 2024-cü il tarixində sözügedən istiqrazların Bakı Fond Birjasında abunə yazılışı ilə yerləşdirilməsi başa çatıb. Yerləşdirmədə 32 fiziki, 7 hüquqi şəxs olmaqla 39 investor iştirak edib.

Ümumilikdə Kapital Bank-ın 100000000 (yüz milyon) manat həcmində olan istiqraz buraxılışı 2 tranş olmaqla qısa zamanda tamamlanıb. İnvestorlar tərəfindən böyük tələb göstərilən abunə yazılışında 146091600 (146 milyon 91 min 6 yüz) manat sifariş toplanıb. İstiqrazların yerləşdirilməsində 18 hüquqi, 63 fiziki şəxs olmaqla 81 investor iştirak edib.

Xatırladaq ki, təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 10%, ödəniş dövrü 30 gündən bir, tədavül müddəti 1 ildir. Sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazların yerləşdirmə üzrə anderrayteri \"PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
49
azxeber.com

10Mənbələr