AZ

Azərbaycanda dilsiz uşaq doğulub » Medical Media

Azərbaycanda tibbdə az-az rast gəlinən hadisə baş verib.

Medicalmedia.az
xəbər verir ki, Beyləqan rayonunda dilsiz uşaq anadan olub.  

Ayxan İmanov adlı körpənin dili olmadığı üçün ağız nahiyəsində hissiyat yoxdur. Bu da onun qidalanmasında problemlər yaradır.
Valideynlərinin sözlərinə görə, Ayxanın müalicə olunması üçün həkimlərə müraciət etsələr də, xeyri olmayıb. Uşaq daha çox duru yeməklərlə və əmzik vasitəsi ilə qidalanır. Dili olmadığından danışa bilməyən Ayxan istəklərini ancaq əl-qol hərəkətləri vasitəsi ilə başa sala bilir.

Həkimlər bu halın nadir anomaliya olduğunu bildirib. Onların sözlərinə görə, əgər bu kimi fəsadlar vaxtında müalicə olunmazsa, belə uşaqlarda daha çox ağciyərlə bağlı bir sıra ciddi problemlər ortaya çıxacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
medicalmedia.az

1Mənbələr