AZ

Nvidia, 50 trilyon dollarlıq “AI avtomatlaşdırma” bazarına hazırlaşır!

     Generativ süni intellektin həyatımıza daxil edilməsi ilə iş prosesləri sadələşdirilsə də, qarşıdan gələn ikinci dalğa süni intellektin avtomatlaşdırılması olacaq. Microsoft, Amazon və ya digər böyük şirkətlər demək olar ki, bu avtomatlaşdırma yarışına girmiş vəziyyətdədirlər. Bu yarışda fərq yaradacaq şey hesablama gücü tutumu olacaq. Digər tərəfdən Nvidia, dünyanın ən yaxşı süni intellekt hesablama yığını olan CUDA ilə həm aparat, həm də emal gücü tərəfində hazır vəziyyətdə gözləyir.     Nvidia CEO-su Jensen Huang, şirkətin bu sahədəki güclü mövqeyindən istifadə edərək 50 trilyon dollarlıq süni intellektə əsaslanan avtomatlaşdırma bazarında qabaqcıl olmaq istəyir. Huang-ın sözlərinə görə, sənaye artıq avtomatlaşdırmaya doğru irəliləyir və biznesin iqtisadi tərəfində o, süni intellektin gələcəyini parlaq və “yaşıl” olaraq görür.    Huang, həmçinin Nvidia-nın inkişafı üçün təxminən 10 milyard dollar xərcləyən yeni Blackwell arxitekturası barəsində də danışıb. CEO, olduqca cəsarətli bir şəkildə Blackwell-in tarixlərindəki və bütün kompüter tarixindəki ən uğurlu məhsul olduğunu bildirib. Bu bəyanat olduqca iddialı səslənsə də, statistikaya nəzər saldıqda kifayət qədər həqiqəti əks etdirdiyni görə bilərik. Blackwell, çox güman ki, Nvidia üçün böyük sərvət mənbəyi olacaq. Blackwell B100 və B200-ün dəqiq qiymətləri açıqlanmayıb, lakin Huang özü B100-ün qiymət diapazonunun 30-40 min dollar arasında olduğunu bildirib. Təbii ki, imtiyaz istəyən şirkətlər üçün bu qiymətlər artacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
technote.az

1Mənbələr