AZ

OpenAI şirkəti CriticGPT adlı yeni süni zəka modelini təqdim edib

    OpenAI şirkəti CriticGPT adlı yeni süni zəka modelini təqdim edib. Bu, ChatGPT tərəfindən tərtib edilən proqram təminatı kodlarında səhvlərin aşkar edilməsi üçün nəzərdə tutulmuş süni zəka modelidir. CriticGPT öz növbəsində ChatGPT tərəfindən tərtib edilən proqram təminatı kodlarını yoxlayan şəxslər üçün alqoritmik köməkçi rolunda çıxış edəcək. Yəni o, bir növ həmin şəxslər üçün süni zəka əsaslı köməkçi rolunu oynayacaq. GPT-4 əsasında çalışan CriticGPT proqram təminatı kodunu analiz edərək onda potensial səhvləri aşkara çıxarır. Bu isə öz növbəsində proqram təminatı kodları ilə məşğul olan mütəxəssislərin işlərini asanlaşdıra bilər. CriticGPT kod nümunələrinə sahib məlumatlar əsasında təlimatlandırılıb.   Təlimatlandırılma prosesində istifadə edilmiş məlumatlara bilərəkdən səhvlər əlavə edilib ki, süni zəka modeli proqram təminatı kodlarındakı səhvləri analiz edərək onları aşkara çıxara bilsin. Aparılmış təcrübələr çərçivəsində məlum olub ki, CriticGPT proqram təminatı koduna bilərəkdən əlavə edilmiş və təbii yolla ortaya çıxmış səhvləri təyin edə bilir. Digər süni zəka modelləri kimi CriticGPT də məhdudiyyətlərə sahibdir. Sözügedən süni zəka modeli ChatGPT-nin qısa cavabları əsasında təlimatlandırılıb. Buna görə də CriticGPT daha qəliz tapşırıqların öhdəsindən gəlməyə bilər. Mütəxəssislər etiraf ediblər ki, CriticGPT kodun müəyyən kiçik hissəsində ola biləcək hər hansısa səhvin təyin edilməsində daha effektivdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
technote.az

1Mənbələr