AZ

Ramil İskəndərli: "Azərbaycan Polisi ictimai asayişin qorunmasında fədakarlıqla çalışır"

"Azərbaycan Respublikasının polisi, ictimai asayişi qoruma və ictimai təhlükəsizliyi təmin etmək üçün effektiv tədbirlər həyata keçirməkdədir. Bu fəaliyyətlər əsas etibarilə ictimai asayişin qorunması, qanun və qaydaların əməl edilməsinə nəzarətdən ibarətdir. Polis, ictimai yerlərdə, küçələrdə, parklarda və başqa ictimai yerlərdə ictimai asayişin qorunmasını təmin edir".

Bu sözləri Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli QHT.az-a bildirib. Onun sözlərinə görə, bu, insanların hüquqlarını qorumaq, cinayət və hüquqpozmaların qarşısını şücaətlə almaq, vətəndaşların təhlükəsizliyini təmin etmək üçün edilir: "Məhz bunun sayəsində Bakı çəhəri dünyanın ən təhlükəsiz şəhərlərinin birinə çevrilib. İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan polisi illərdir gözlədiyimiz keçmiş məcburi köçkünlərin qayıdış və məskunlaşması, həmin ərazilərdə dinc və təhlükəsiz yaşaması üçün fədakarlıqla əlindən gələni  əsirgəmədi. Hətta yadımdadır ki, QHT-lər, ekoloqlar və gənc könüllülərdən ibarət şəxslərin Laçın -Xankəndi yolunda məlum aksiya keçirdiyi zaman şərəfli Azərbaycan Polisi isə aksiya iştirakçılarının təhlükəsizliyini,gecə -gündüz ayıq -sayıq xidmət apararaq təşkil edirdi. Və biz sonda, hamımız birlikdə , istəyimizə nail olduq".

Ramil İskəndərli həmçinin bilidirib ki, biz müşahidə edirik ki, peşəkarlıq və rəşadət məktəbini keçən polis sisteminə qarşı son 3 gündə informasiya terroru daha da intensivləşib: "Bu hərəkətləraçıq şəkildə dövlətimiz və onjuverdikləri mesaj on illər ərzində aparılan anti-Azərbaycan siyasətinin davan əsas dayaqlarından biri Azərbaycan polisinə qarşı təxribatdır. Biz, hamımız, o cümlədən vətəndaş cəmiyyəti təsisatlar hüquq-mühafizə orqanlarına qarşı törədilən təxribatları qınamalı və qətiyyətlə pisləməliyik".

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
qht.az

1Mənbələr