“OpenAI”nin “GPT-4″ə əsaslanan “CriticGPT” modeli, insan təlimçilərinə səhvləri aşkarlamağa kömək etmək üçün “ChatGPT”nin cavablarını yoxlayacaq.

İndex.az xəbər verir ki, “OpenAI”nin yaydığı məlumatlara görə, onlar “ChatGPT” tərəfindən yaradılan proqramlaşdırma kodunu nəzərdən keçirən insan təlimatçılarına kömək etmək üçün “CriticGPT”ni hazırlayıblar.

Şirkət bildirir ki, “ChatGPT” kodunu nəzərdən keçirmək üçün “CriticGPT”dən kömək alan insanlar kömək almayanlara nisbətən 60% daha yaxşı işləyirlər.

“CriticGPT” “ChatGPT”ni gücləndirən eyni “GPT-4” ailəsinə əsaslanır.

Yeni alət kodu təhlil edir və potensial səhvləri qeyd edir, bu da insanların diqqətdən kənarda qala biləcək səhvləri aşkarlamasını asanlaşdırır.