ABŞ-ın Qərbi Virciniya ştatında ağdərili bir cütlük övladlığa götürülmüş beş qaradərili uşağı pis şəraitə salmaqda və onlardan “qul” kimi istifadə etməkdə günahlandırılıb.

İndex.az xəbər verir ki, prokurorlar evsiz və həssas gənclər üçün sığınacaqdan övladlığa götürdükləri 6-16 yaş arası 5 uşağı tövlədə qıfıllı saxlayaraq tövlədə saxlayan 62 yaşlı Jeanne Whitefeather və 63 yaşlı Donald Lantz-a qarşı ittiham aktı hazırlayıblar.

İttihamnamədə cütlük “insan alveri”, “uşaq baxımsızlığı”, “köləlik” və “məcburi əmək” kimi bir çox cinayətlərdə ittiham olunub. İttihama görə, qonşular da uşaqların təsərrüfat işlərinə məcbur edildiyini və evə buraxılmadığını iddia ediblər.

Səlahiyyətlilər, uşaqları oktyabr ayında rifah yoxlaması zamanı cütlüyün evindəki anbarın içərisindəki kiçik bir otaqda kilidli vəziyyətdə tapıblar.

Digər tərəfdən, iddialardan sonra haqqında həbs qərarı çıxarılan Whitefeather və Lantz cütlüyü ittihamları rədd edib.