AZ

Ərdoğan: "Türkiyə Suriya ilə diplomatik əlaqələri bərpa etməyə hazırdır"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyənin Suriya ilə diplomatik münasibətləri bərpa etməməsi üçün heç bir səbəb yoxdur. Ankara Dəməşqlə əlaqələri inkişaf etdirməyi planlaşdırır və Ərəb Respublikasının daxili işlərinə qarışmaq niyyətində deyil.

Turkustan.az xəbər verir ki , Ərdoğan xatırladıb ki, o, Suriya prezidenti Bəşər Əsədlə ailəvi dost olub .

İyunun 26-da Əsəd bildirib ki, bu proses Suriyanın suverenliyinə və ərazi bütövlüyünə hörmətə əsaslanarsa, Dəməşq Ankara ilə münasibətlərin normallaşmasına müsbət yanaşır.

Ərəb Respublikasının lideri əlavə edib ki, bu, regionda sabitliyi gücləndirəcək.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
50
turkustan.az

10Mənbələr