AZ

Vyana Rusiyanın Avropadakı casusluq mərkəzinə çevrilib - The Wall Street Journal 

Ukraynada müharibə başlayandan sonra Avropa ölkələri 600 rusiyalı casus diplomatı ölkədən çıxardı. Bundan sonra Avstriyanın paytaxtı Vyana Rusiyanın Avropadakı yeni casusluq mərkəzinə çevrilib.

News365.az xəbər verir ki, bu barədə The Wall Street Journal yazıb.

“Son iki ildə Avstriyada Rusiyanın dövlət qulluqçularının sayı 300-dən 500-ə qədər artıb. Onların yarısından çoxu diplomatlar və administratorlardır. Avstriya kəşfiyyat orqanlarının hesablamalarına görə, bu "dövlət işçilərinin"  yarısına qədəri casus işləyir”, - The Wall Street Journal yazıb.

Almaniya Münhendəki Rusiya konsulluğunu bağladıqdan sonra, alman rəsmiləri orada bir neçə casusun yerləşdirildiyini söyləmişdilər. Rus işçilər sadəcə Avstriya şəhəri olan Salzburqa köçüblər.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
news365.az

1Mənbələr