AZ

Debatdan sonra demokratlar dəhşət içində: Adam dəli ola bilər

Co Baydenin Donald Trampla seçkiqabağı teledebatdakı çıxışı Demokrat Partiyasının nümayəndələrini şoka salıb. Bir sıra demokratlar hazırkı prezidentin nitqini dinləyərkən dəhşətə gəldiklərini və partiyanın prezident seçkilərində yeni namizəd irəli sürməli olduğuna əmin olduqlarını bildiriblər.

Publika.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Prezident Co Bayden debata boğuq səslə və gurultulu, qeyri-ardıcıl cavablarla başlayıb. Hətta onun bir çox fikirlərini başa düşmək belə mümkün olmayıb.

Baydenin keçmiş köməkçilərindən biri dialoqu "dəhşətli" adlandırıb: "O nə dedi? Adam dəli ola bilər".

"Baydenin "isinməsi" üçün bir neçə dəqiqə lazım idi", - deyə başqa bir demokrat qeyd edib.

Eyni zamanda, Nyu-Hempşirdən olan Demokrat Partiyasının fəalı Jay Surdukovski açıq şəkildə yazıb ki, Bayden artıq bütün çılpaqlığı ilə göz qabağındadır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
29
publika.az

10Mənbələr