Durğun iqtisadiyyatın əmək bazarına mənfi təsirini davam etdirməsi ilə Almaniyada işsizlərin artıb.

İndex.az xəbər verir ki, Almaniya Federal Məşğulluq Agentliyinin (BA) işsizlik rəqəmlərinə dair iyun ayı məlumatlarına görə, iyun ayında ölkədə işsizlərin sayı may ayı ilə müqaisədə 19 min artaraq 2 milyon 781 minə çatıb.

Beləliklə, ölkədə may ayında 5,9% olan işsizlik nisbəti iyun ayında 6%-ə yüksələrək 2021-ci ilin may ayından bəri ən yüksək səviyyəyə çatıb.

Bazarlarda işsizlərin sayının 15 min artacağı gözlənilirdi.