AZ

Özbəkistan Dövlət İqtisad Universitetinin rektoru Azxəbər-in qonağı olub - FOTOLAR

Bakıda səfərdə olan Özbəkistan Dövlət İqtisad Universitetinin rektoru Tulkin Zakiroviç Teşabayev \"Azxəbər Media\"nın qonağı olub.

AZXEBER.COM xəbər verir ki, rektor Özbəkistan - Azərbaycan münasibətlərinin bütün sahələrdə inkişaf etdiyini bildirib.

O qeyd edib ki, təhsil və media sahəsində münasibətlər yüksək səviyyədədir.

AZXEBER.COM-un təsisçiləri Hacıbəy Heydərli və Əfsələddin Ağalarov da öz növbələrində qonağa saytın fəaliyyəti haqda ətraflı məlumat veriblər. 

 Görüşdə iştirak edən İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı isə bildirib ki, Özbəkistan və Azərbaycan gəncləri arasında ortaq layihələr həyata keçirilir və bu mütəmadi xarakter daşıyır.

Sonra rektor AZXEBER.COM-a geniş müsahibə verib.

Görüşdən fotoları təqdim edirik:

 









 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
azxeber.com

1Mənbələr