AZ

"Putinin niyyətləri əbəsdir" - Olaf Şolts

 
"Ukraynanın Putinin müəmmalı təklifini həzm edəcəyinə və bununla da Avropada sülhün bərqərar olacağına yalnız Rusiya təbliğatı ilə beyni zəhərlənənlər inana bilər..."
 
Rusiya prezidenti döyüş meydanında Ukraynanı fəth etmək məqsədinə nail olmayacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts Bundestaqda çıxışı zamanı Vladimir Putinin Ukraynada atəşkəslə bağlı təklifini şərh edərkən deyib. Məlumatı "dw.com" nəşri yayıb.
 
"Kimsə Ukraynanın belə bir şeyi həzm edəcəyinə və bununla da Avropada möhkəm sülhün bərqərar olacağına inanırsa, o, yəqin ki, "Russia Today" telekanalına çox baxır", - o, deyib.
 
"Putin bundan sonra da müharibənin davam edəcəyinə stavka edir, - o, bəyan edib. - Bu, onun atəşkəslə bağlı müəmmalı təklifindən də xüsusilə aydın olur. Axı bu bəyanatda söbhət təkcə atəşkəsdən getmir.
 
Orada həm də deyilir ki, Ukraynanın Rusiya qoşunlarının hələ zəbt etmədiyi əraziləri də beynəlxalq hüquqa zidd olaraq Rusiyaya verilməli, Ukrayna demilitarizasiya olunmalı və o, gələcəkdə hər-hansı hərbi yardımdan imtina etməlidir".
 
Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlirlərdən Ukrayna üçün pullar
 
Kanslerin fikrincə, bu variantın sülyaratma iqtidarında olmasına yalnız Rusiya təbliğatı ilə beyni tamamilə zəhərlənmiş adam inana bilər, belə təbliğatı "Russia Today" telekanalı hey yaymaqdadır.
 
Şolts İsveçrədə Ukrayna üzrə sülh konfransının nəticələrini müsbət qiymətləndirib: "Putin anlamalıdır ki, doyüş meydanında Ukraynanı fəth etmək məqsədinə nail olmayacaq".
 
Kansler həmçinin İtaliyada G7 ölkə liderlərinin sammitini xatırladaraq onu son dərəcə uğurlu adlandırıb. 
 
Məsələn, Ukraynaya Qərbdə dondurulmuş Rusiya aktivlərindən gələn gəlirlərdən 50 milyard dollar kredit verilməsi qərarını göstərmək olar.
 
"Rusiya prezidenti güman edib ki, Avropa ölkələrində və ya ABŞ-da fiskal normaların mövcud olması səbəbindən Ukraynaya indi ehtiyacı olduğu yardımı göstərmək mümkün olmayacaq. Lakin G7 sammitinin bu qərarı onun gözləntilərini alt-üst edib".
 
Avropa və Ukrayna ABŞ-a bel bağlaya bilər
 
Almaniya kanslerinin fikrincə, Kremlin Ukraynaya yardım məsələsində NATO-da parçalanma olacağına olan ümidləri də əbəsdir. Şimali Atlantika alyansı 9-11 iyulda Vaşinqtonda özünün 75 illik yubileyini qeyd edəcək.
 
Olaf Şolts xatırladıb ki, son illər və hətta onilliklər ərzində vaxtaşırı bu təşkilatın hələ də perspektivlərinin olduğu və Birləşmiş Ştatların Avropada təhlükəsizliyin təmin edilməsi üzrə özünün transatlantik öhdəliklərinə sadiq qalacağı ilı bağlı  diskusiyalar meydana çıxıb. 
 
Bu, belə deyil, kansler deyib. "Biz çətin məqamlarda Amerikaya bel bağlaya bilmişik, transatlantik təhlükəsizlik indi də, o cümlədən Ukraynanın təhlükəsizliyinin təmin edilməsi perspektivlərii nəzərə alaraq böyük əhəmiyyət kəsb edir".  
 
Vaşinqton sammitində Ukraynaya dəstək və onun hərbi qulluqçularının təlimi məsələləri mühüm rol oynayacaq.
 
"Eyni zamanda tamamilə aydındır ki, - mən bu barədə bir daha deməliyəm, - bizim etdiklərimiz nəticəsində NATO münaqişə iştirakçısı olmayacaq, bu sərhəddi biz keçməyəcəyik və indi də keçmirik".
 
Avropa Komissiyasında kadr təyinatları
 
Olaf Şolts Avropa Komissiyasının gələcək tərkibində kadr təyinatlarının razılaşdırıldığını deyib.
 
Belə ki, Şarl Mişeli Avropa İttifaqı Şurasının yeni sədri postunda Portuqaliyanın sabiq baş naziri Antoniu Koşta, Jozep Borreli Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi postunda Estoniyanın indiki baş naziri Kaya Kallas əvəzləyəvək. Avropa Komissiyasının rəhbəri postunda ikinci müddətə Ursula fon der Lyayyen qalacaq.
 
Kansler əmindir ki, qarşıdakı sammitdə Avropa İttifaqı ölkələri liderləri bu kadr təkıiflərinə dəstək verəcək.
 
Avropa Parlamentinin yeni tərkibində deputatların dörddə üçünün Avropayönümlü mərkəzçi partiyaların nümayəndələrinin təşkil etdiyini nəzərə alaraq, Berlin Avropa Parlamenti tərəfindən etirazların olacağını gözləmir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
moderator.az

1Mənbələr