AZ

YouTube, Premium abunəçiləri üçün 5 yeni funksiyasını təqdim edib!

YouTube hazırda Premium abunəçiləri üçün platformaya 5 yeni funksiya əlavə edib. Bu xüsusiyyətlərdən ikisi fəal şəkildə istifadə olunur. Digər 3-ü isə hazırda eksperimental olaraq mövcuddur. Parametrlərdən istədiyiniz funksiyaları aktivləşdirərək test edə bilərsiniz.    Birincisi, "jump ahead" xüsusiyyətidir. Azərbaycan dilində "İrəli atla" kimi tərcümə edilsə də, bu funksiya bütün istifadəçilər üçün əlçatan olan irəli atla xüsusiyyətindən fərqli işləyir. Videonun ən yaxşı məqamına çatmaq istədiyiniz zaman artıq 10 saniyə sürətlə irəli getməyə ehtiyac yoxdur. İrəli atlama funksiyası ilə siz avtomatik olaraq videonun ən yaxşı anına keçid edə bilərsiniz. Hazırda bu funksiya Android versiyalarında mövcuddur, lakin yaxın gələcəkdə iOS istifadəçiləri üçün də əlçatan olacaq.      Kiçik pəncərədə oxutma xüsusiyyəti, YouTube kimi platformalarda videolara baxarkən digər proqramlara keçid etmək üçün çox praktiki bir üsuldur. İndi Android-də Premium istifadəçiləri, YouTube Shorts üçün kiçik pəncərədə oxutma funksiyasından istifadə edə biləcəklər. Ancaq burada faydalı olmayan bir məqam var. Əksər qısa videoların uzunluğu 10 ilə 15 saniyə arasında dəyişir. Bu cür qısa videolara baxarkən başqa bir tətbiqlə işləməyin nə qədər səmərəli olacağını görmək üçün hələlik eksperimental olduğunu söyləyə bilərik.      Bu funksiyanı aktiv etdikdən sonra YouTube, baxdığınız Shorts videolarını avtomatik endirəcək. Bu funksiya ilə eyni videolara yenidən baxsanız, həm internet trafikinizə qənaət etmiş olacaqsınız, həm də YouTube serverlərinə daha az yük düşəcəkdir.      YouTube nəhayət ki, platformaya eksperimental süni intellektini əlavə edib. Videoların altındakı “danış” düyməsini sıxmaqla siz YouTube-un süni intellekt botuna video ilə bağlı suallar verə və ondan oxşar məzmunları təqdim etməsini xahiş edə biləcəksiniz.      5-ci və sonuncu xüsusiyyət, Premium abunəçilərə təqdim olunacaq yeni istifadəçi interfeysidir. Hələlik bu yeni interfeys yalnız internetdə Premium hesabından istifadə edən abunəçilər üçün əlçatan olacaq. Gələcəkdə YouTube tətbiqində də dəyişikliklərin ediləcəyi gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
technote.az

1Mənbələr