AZ

İllərdir səhv istehlak edirik, zəhərə çevrilir

Müntəzəm olaraq mövsümi meyvələrdən istifadə etmək, vücudunuzun vitamin ehtiyacını ödəməyinizə kömək edəcək.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, meyvələr üzərində aparılan son araşdırmalar nəticəsində məlum olub ki, biz illərdir meyvələri səhv istehlak edərək bədənimizi zəhərləyirik.

Sağlam qidalanma üçün ən çox tövsiyə edilən meyvələr orqanizmin zamanla itirdiyi vitamin və mineralları doldurur, lakin meyvələri doğru zamanda istehlak etmək lazımdır.

Sağlam bədən üçün düzgün qidalanma böyük əhəmiyyət kəsb edir. Qeyri-sağlam və qeyri-müntəzəm qidalanma bədən sağlamlığına birbaşa təsir edir.

Bədənin sağlamlığını qorumaq və immuniteti gücləndirmək üçün pəhriz siyahısına meyvə və tərəvəzləri əlavə etmək lazımdır.

Düzgün istehlak edildikdə, meyvələr orqanizm üçün şəfa mənbəyidir. Vitamin və minerallarla zəngin olan meyvələrdən istifadə etdikdə immunitetinizi gücləndirmiş olursunuz.

Bununla belə, meyvələrlə bağlı son araşdırmaların nəticələri hər kəsi təəccübləndirib. Meyvə istehlakının doğru zaman olduğunu vurğulayan mütəxəssislər əsrlərdir meyvələri səhv istehlak etdiyimizi üzə çıxarıblar.

İllərdir zəhər qəbul etdiyimizi deyən mütəxəssislərin bu açıqlamada qeyd etdiyi xəstəliklərin səbəbini məlumatlar təsdiqlədi.

Hər mövsüm istehlak edilməli olan meyvələrin yüzdə 80-i turşu əsaslardan ibarətdir. Bu minerallar və vitaminlər bədən sağlamlığını dəstəkləyir. Ancaq yanlış zamanda istehlak edildikdə bədəni zəhərləyir.

Meyvələr acqarına istehlak edilməlidir. Tox qarnına yeyilən meyvələr qana qarışaraq zəhərə çevrilir. Bundan əlavə, ən yaxşı vaxt günorta və axşamdır. Meyvə heç vaxt səhər və axşam yatmazdan əvvəl istehlak edilməməlidir.

Meyvələr bədəndə tullantı kimi qalır. Banan, avokado və ananas kimi meyvələr qəhvə ilə birlikdə istehlak edildikdə maddələr mübadiləsini sürətləndirir. Meşə meyvələri acqarına istehlak edildikdə qan hüceyrələrinin sayını artırır.

Bəzi meyvələr bədəndə toxluq hissi yaradaraq daha asan arıqlamağa kömək edir.

ALMA

Alma ölkəmizdə tez-tez yetişən bir meyvədir. Alma bol olduğu halda, bu sərvətdən bəhrələnmək lazımdır. Pəhriz siyahısına alma əlavə edib qəlyanaltı kimi istifadə edə bilərsiniz. Almanıb tərkibində bol miqdarda lif və su var.

Bu xüsusiyyət sizə daha az aclıq hissi verir. Arıqlamaq üçün də yaxşı seçimdir. Alma yağ yandırıcı xüsusiyyətlərə malikdir, qanda şəkərin ani qalxıb düşməsinin qarşısını alır. Qan şəkərini ideal tarazlıqda saxlayır və ağır desertlər yemək istəyinizi boğur.

ÇİYƏYƏK

Bədəni toksinlərdən təmizləməyə kömək edən ləzzətli yay meyvəsi, tərkibindəki vitaminlər, minerallar və yüksək miqdarda antioksidantlar sayəsində sağlamlığınızı yaxşılaşdırır.
Sakitləşdirici təsiri ilə stressi azaltmağa kömək edir. Onun həzm sisteminə faydalı təsirinin tam bir bonus olduğunu söyləyə bilərik.

İstəyirsinizsə, qəlyanaltılarınızda 10-15 ədəd təzə çiyələk istehlak edə bilərsiniz. O, həm də tox qalmağınıza və şəkər ehtiyaclarınızı ödəməyinizə kömək edir.

ƏNCİR
Əncir sizi uzun müddət tox saxlayır və həzm sisteminin nizamlı işləməsinə kömək edir. Bağırsaq hərəkətlərini tənzimlədiyi üçün qəbizliyin qarşısını alır. 1 böyük ölçülü əncir cəmi 55 kaloridir.

Armudun müntəzəm istifadəsi immuniteti gücləndirir və xəstəliklərdən qoruyur. Armud yüksək qan təzyiqi və xolesterin səviyyəsini tənzimləyən C vitamininin böyük mənbəyidir. Armud həzm sisteminin nizamlı işləməsini təmin edərək, bədəndə yığılan ödemin və toksinlərin atılmasını asanlaşdırır.

Armud gün boyu toxluq hissi yaradır. Armud qan şəkərini tarazlayır və qəfil şirin istəklərin qarşısını alır. Maddələr mübadiləsini sürətləndirərək yağların yandırılmasını dəstəkləyir.

Seçilən
147
tribunainfo.az

1Mənbələr