AZ

Tanınmış agent Xviçaya "Barselona"nı məsləhət gördü

Tanınmış futbol agenti Paulo Barbosa jurnalistlərlə söhbətində Xviça Kvaratsxeliyanın karyerasını davam etdirməsi üçün hansı klubun daha yaxşı olacağını deyib. Sport24.az "Sport-Express"-ə istinadən xəbər verir ki, o, "Barselona"nın Gürcüstan yığmasının yarımmüdafiəçisi üçün daha uyğun variant olduğunu bildirib:
 
"Xviça PSJ-yə keçəcək? Bu transferə o qədər də inanmıram. Bəs o niyə PSJ-yə getsin? Bu, onun komandası deyil. Orada vaxt keçirəcək. "Barselona" Xviçaya daha uyğundur".
 
Kvaratsxeliyanın "Napoli" ilə müqaviləsi 2027-ci ilin iyunun sonunda başa çatır. 23 yaşlı futbolçunun transfer dəyəri 80 milyon avro qiymətləndirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
sport24.az

1Mənbələr