AZ

Atatürk parkında restoran yandı - Video+Yenilənib

Bakının Nərimanov rayonundakı Atatürk parkında fəaliyyət göstərən restoranlardan birində yanğın başlayıb. İaşə obyektindəki yanğının söndürülməsi məqsədilə əraziyə yanğınsöndürmə briqadaları cəlb edilib.***Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) sorğumuza cavab olaraq bildirilib ki, qurumun qaynar xəttinə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən restoranda yanğın olması barədə ilkin məlumat daxil olub:“Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. Əlavə məlumat veriləcək”.***Baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.














Paylaş:

Seçilən
94
7
regionxeberlericom.az

10Mənbələr