AZ

Ronaldo AÇ-də daha bir rekorda imza atdı


Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştiano Ronaldo Avropa çempionatlarında daha bir rekorda imza atıb.
Yeniavaz.com
xəbər verir ki, əfsanəvi oyunçu Avropa çempionatlarındakı ilk və son oyunları arasında olan fasiləyə görə Lotar Matteusu geridə qoyub.
Üstəlik, Kriştiano Ronaldonun bu rəqəmi artırmaq imkanı var.
Belə ki, Kriştianu Ronaldonun Avropa çempionatlarında ilk (2004-cü ildə Yunanıstana qarşı) və sonuncu oyunu (2024-cü ildə Gürcüstana qarşı) arasından 20 il 14 gün keçib.
Lotar Matteusun hesabında isə bu fasilə 20 il 6 gündür. Onun ilk oyunu 1980-ci ildə Hollandiyaya, sonuncu oyunu isə 2000-ci ildə Portuqaliyaya qarşı olub.
Onları bu siyahıda portuqaliyalı Pepe və xorvatiyalı Luka Modriç izləyir. Həmin futbolçularda bu fərq 16 ilə yaxındır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
yeniavaz.com

1Mənbələr