AZ

625 min uşaq 8 aydır məktəbə gedə bilmir

Qəzzada 625 min uşaq 8 aydır təhsildən məhrum edilib.

Bakupost.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərq Fələstinli Qaçqınlara Yardım və İşlər Təşkilatından (UNRWA) bildirilib.

Açıqlamada İsrailin hücumları səbəbi ilə təhsil ala bilməyən uşaqlarla bağlı qiymətləndirmə aparılıb.

Açıqlamada Qəzzada 625 mindən çox uşağın 8 aydan artıqdır məktəbə gedə bilmədiyi və onlardan 300 mininin keçmiş UNRWA şagirdi olduğu bildirilib.

Vurğulanıb ki, UNRWA əməkdaşları tərəfindən həyata keçirilən maarifləndirici tədbirlər uşaqların məktəbə qayıtmağa hazırlanmasında mühüm əhəmiyyət kəsb edir.


7 oktyabrdan bəri Qəzza zolağında hücumlarda ən az 15 min 694-ü uşaq, 10 min 279-u qadın olmaqla 37 min 765 fələstinli həyatını itirib, 86 min 429 nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.



Elnur
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
2
bakupost.az

3Mənbələr