AZ

Birinci Qarabağ müharibəsi şəhidi Şəmkirdə dəfn olundu – FOTO 

Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən, 32 ildən sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhid Əhliman Vahid oğlu Əsgərovun qalıqları bu gün ailəsinə təhvil verilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şəhid Ə.Əsgərov 12.09.1972-ci ildə Şəmkir rayonunun Seyfəli - indiki Mehrili kəndində anadan olub. 

Həmin kənd məktəbində orta təhsil alan şəhid 21.11.1990-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Birinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqatində gedən döyüşlərdə itkin düşüb. Şəmkir rayon Məhkəməsinin qərarına əsasən 29.09.1992-ci ildə Əhliman Əsgərova Şəhid statusu verilib. 
Şəhid Əhliman Əsgərov 19.07.1992-ci ildə Bakı şəhəri Şəhidlər Xiyabanında naməlum əsgər kimi dəfn olunub.

2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyümüz bərpa olunduğu üçün itkin düşmüş hərbi qulluqçularımızın axtarışının davam etdirilməsi məqsədi ilə Bakı şəhəri Şəhidlər Xiyabanında dəfn olunmuş naməlum əsgər qəbirləri açılmış və DNT analizləri aparılıb. Bunun nəticəsində Şəhid Əhliman Əsgərov nəşi müəyyən olunaraq ailəsinə təhvil verilib. Bu gün şəhidimiz doğulub boya-başa çatdığı Mehrili kəndində torpağa tapşırılıb. 
 











Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
bizim.media

1Mənbələr