AZ

Fransa yığmasında “üsyan” - Qrizmann Deşamdan narazıdır

Almaniyada keçirilən Avropa çempionatında (AÇ-2024) işitak edən Fransa yığmasının düşərgəsindən xoşagəlməz xəbərlər mətuata sızıb.

Arena.az “Le Parisien” dərgisinə istinadən məlumat verir ki, “xoruzlar”ın düşərgəsindəki ab-hava mükəmməllikdən uzaqdır.

“Üçrənglilər”in heyətində baş məşqçi, fransız mütəxəssis Didye Deşamdan narazı olan daha bir “üsyankar” meydana çıxıb. Bu futbolçunun uzun müddət “xoruzlar”ın lideri olan Antuan Qrizmann olduğu bildirilib.

Mənbənin məlumatına görə, Qrizmann, Deşamın onu Polşa yığması ilə oyunda (1:1) komandanın başlanğıc heyətində meydana buraxmamasından narazıdır. Futbolçu özünü fiziki və psixoloji ölçüdə saxlamaq üçün müntəzəm oyun təcrübəsi əldə etmək istəyir. Vurğulanır ki, Qrizmanla Fransa yığmasının baş məşqçisi arasında müəyyən məsafə meydana gəlib. Ehtimal edilir ki, bu məsafə uçuruma çevrilir – Deşam artıq Qrizmanla dostcasına ünsiyyət qurmur və təcrübəli hücumçunu əsas komandanın “dəmir” oyunçusu hesab etmir.

Xatırladaq ki, Fransa yığması Avstriya (1:0), Niderland (0:0) və Polşa (1:1) komandaları ilə “D” qrupunda mübarizəni 5 xalla 2-ci pillədə başa vuraraq ələmə mərhələsinə çıxmağı bacarıb.

1/8 finalda “xoruzlar”ın rəqibi Belçika yığmasıdır. Oyun iyulun 1-də Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xatırladaq ki, iyunun 14-də başlamış qitə birinciliyi iyulun 14-də başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
arena.az

1Mənbələr