AZ

Məşhur aktyor evləndi

"Muhteşem Yüzyıl", “Güneşin kızları”, “Söz” kimi seriallarla məşhurlaşan Tolqa Sarıtaş 5 ildir sevgili olduğu dizayner Zeynep Mayrukla ailə qurub.

Yenisabah.az xəbər verir ki, toy mərasimində Engin Akyürek, Sarp Akkaya-Sinem Yalçınkaya, Hatice Şendil-Burak Sağyaşar, Banu Savcı-Timur Savcı, Yağız Alp Akaydın, Alina Boz-Umut Evirgen kimi bir çox məşhur şəxslər iştirak ediblər.

Tolqa Sarıtaş toyda ağ bəy kostyumuna, Zeynep Mayruk naxışlı straplez model gəlinliyə üstünlük verib.

Cütlük toy boyu dəvətlilərlə birgə əylənib, rəqs ediblər. Tolqa Sarıtaş arvadının gözlərinin içinə baxaraq "Səndən daha gözəl" mahnısını oxuyub.

Şeyla Səmiyeva


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
yenisabah.az

1Mənbələr