AZ

Təhlükəli cinayətkar səhvən həbsdən azad edilib – İndi polis onu AXTARIR

ABŞ-nin Ohayo ştatının Klivlend şəhərində təhlükəli cinayətkar hərf səhvinə görə sərbəst buraxılıb.

Medianews.az cleveland.com-a istinadla xəbər verir ki, hakim hücum və oğurluqda şübhəli bilinən 35 yaşlı Antonio Seymurun işinə baxarkən səhv edib.

Şahidlər iclasa gəlmədiyi üçün prokurorluq ittihamı ləğv edib. Seymurun azadlığa buraxılması üçün sənədləşmə işləri aparılıb. Bu zaman onun iş nömrəsi bir rəqəmli səhvlə qeydə alınıb: 685908 yox, 685909.

685909 nömrəli iş isə Seymurla yox, başqa bir məhbus, 22 yaşlı Amarion Sanderslə bağlı olub. O, həbsxanada adam öldürmə ittihamı ilə məhkəməni gözləyirmiş. Məhkəmə qərarı aldıqdan sonra həbsxana rəsmiləri onu azad etməli olublar.

İndi Sanders Klivlend polisi və ABŞ Marşal Xidməti tərəfindən axtarılır.

Medianews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
medianews.az

1Mənbələr