AZ

AÇ-2024: Xorvatiya millisi bu göstəricidə liderdir

Xorvatiya millisi Avropa çempionatının (AÇ-2024) qrup mərhələsində xG göstəricisinə görə, gözlənilən vurulacaq qollar üzrə liderdir.

Arena.az bu barədə “Opta Sports” statistik internet-portalına istinadən məlumat verir.

Xorvatiya yığması xG göstəricisinə görə, gözlənilən vurulacaq qollar üzrə 6,6 göstəricisinə nail olsa da, qrup mərhələsini adlaya bilməyib. Statistika ilə yanaşı, oyun keyfiyyəti baxımından müqayisə edildikdə bu, çox gözlənilməz nəticədir.

Xorvatiya millisi İspaniya (0:3), Albaniya (2:2) və İtaliya (1:1) komandaları ilə “B” qrupunda mübarizəni 2 xalla 3-cü pillədə başa vuraraq ələmə mərhələsinə yüksələ bilməyib.

AÇ-2024-də xG göstəricisinə görə, gözlənilən vurulacaq qollar üzrə komandaların beşliyi:

  1. 6,6 – Xorvatiya;
  2. 5,9 – Fransa;
  3. 5,8 – Portuqaliya;
  4. 5,5 – İspaniya;
  5. 5,2 – Türkiyə.

Xatırladaq ki, iyunun 14-də başlamış qitə birinciliyi iyulun 14-də başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
arena.az

1Mənbələr